Maraqlı Məqalələr
YENİ MƏQALƏLƏR
Francois Hollande (Fransuz Oland)
Fransanın yeni seçilmiş prezidenti sələfi Nicolas Sarkozy ilə müqayisədə daha mühafizəkar, və bəziləri tərəfindən solğun dəst-xəttə malik olan bir siyasətçi kimi təsvir olunur.
Francois Hollande son zamanlaradək işə motosikletlə gəlməyə üstünlük verib.
Urartudan qalan yurd və 3 min illik daş kitabənin sirri
Qərbi Azərbaycan əyalətinin Maku mahalı
Coğrafiyası və təbii şəraiti
Maku mahalı Qərbi Azərbaycan əyalətinin şimal-qərbində, Ağrı dağının ətəyində, Türkiyə, Güney Azərbaycan və Azərbaycan Respublikasının sərhəd zolağında yerləşir.
Dəniz səviyyəsindən 1634 metrə yüksəklikdədir. Mahal şimaldan Qarasu çayı və Türkiyə Cümhuriyyəti, şərqdən Araz çayı və Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası), qərbdən Türkiyə Cümhuriyyəti və cənubdan Güney Azərbaycanın Xoy mahalı ilə əhatə olunub.
DavamıVatikan Səltənəti – Templierler – Massonlar – Milyardlar və bir sual
O, dünyadakı təxminən 7 milyard insandan 1,2 milyardını idarə edir. O, xristian dininin əsas mərkəzidir. Onun davamçıları Antarktida istisna olmaqla, dünyanın bütün qitələrində var. Söhbət, sözsüz ki, Vatikandan gedir.
Vatikan İtaliyanın paytaxtı Romanın daxilindəki anklav dövlətdir. O, həm də dünyanın ən kiçik cırtdan dövlətidir – sahəsi sadəcə, 0,44 kvadrat kilometrdir, əhalisinin sayı 1000 nəfəri keçmir. Buna baxmayaraq, mütləq teokratik monarxiya olan Vatikanın bütün dövlət atributları var. Dövləti isə qanunverici, icraedici və məhkəmə hakimiyyətini öz əlində cəmləyən Müqəddəs Taxt, daha doğrusu, onun rəhbəri olan Roma papası idarə edir.
Davamıİran İslam Respublikasının siyasi vəziyyəti. Regional təhlükə.

İİR-in Qərblə apardığı düşmənçilik siyasəti davam etməkdədir. İranın paytaxtı Tehran şəhərində tələbələrin xarici səfirliklərin binasına hücumu Abş başqa olmaqla digər ölkələrin öz səfirlərini geri çağırması ilə nəticələndi. Qərb dünyası növbəti təzyiq dalğası üçün yeni vasitə əldə etmiş oldu. Hadisədən dərhal sonra Ağ Ev mətbuat konfransında İran hökümətinin bu tip təxribatları qəsdən təşkil etməkdə günahlandırdı. Norveç isə öz növbəsində günahkarların cəzalandırılmasını tələb etdi Rəsmi Tehran bütün bəyanatları rədd etdi. ABŞ-ın təzyiqlərinin heç də təsadüfi olmadığını qeyd etmək lazımdır.
DavamıOtto von Bismark
Otto Bismarkın bioqrafiyasından və ümumiyyətlə həyatı və siyasi karyerasından yazarkən onu yetişdirən mühitin sadəcə bir cəhətini,məsələn böyüdüyü ailənin adət ənənələrini götürmək yanlış olardı. Amma söhbət Bismarkdan gedərkən hər bir cəhət də ayrı-ayrılıqda araşdırılmalıdır. Bu şəxs tarixə Prussiya torpaq sahibkarları- yunkerlərin bariz nümunəsi, Bernqrad Byulovun dili ilə desək, “yunkerlərin ən alisi”, “başdan ayağadək zadəgan”, “beynindən sümüklərinə qədər hərbiçi” kimi düşdü.






Son Şərhlər